Səhiyyə Nazirliyi məktəblinin peyvənddən ölməsini təkzib edir Yenilənib

Səhiyyə Nazirliyi məktəblinin peyvənddən ölməsini təkzib edir Yenilənib

Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Texniki peşə məktəbinin 16 yaşlı şagirdi Salmanov Namiqin peyvənd vurulandan sonra qəfil dünyasını dəyişməsi faktı ilə bağlı Səhiyyə Nazirliyi də açıqlama verdi. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirildi ki, şagirdə peyvənd vurulmayıb, sadəcə ona vərəm çöplərinə qarşı manto probu qoyulub: "Bundan isə ölümün baş verməsi mümkün deyil. Məhkəmə tibbi ekspertizası meyiti müayinə edib. Ancaq hələlik rəy verilməyib. Rəy veriləndən sonra şagirdin ölüm səbəbləri dəqiq məlum olacaq".


Qeyd edək ki, Namiq Salmanov heç bir xəstəlikdən əziyyət çəkməyib. O, peşə məktəbinə daxil olarkən sağlamlıq haqqında arayış təqdim edib.


Bütün xəbərlər Facebook səhifəmizdə