Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin vitse prezidenti seçilib

Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin vitse prezidenti seçilib

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyindən xəbər verildiyi kimi, noyabrın 29-da İndoneziyanın Bali adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti altıncı sessiyasının sonuncu günündə Komitənin yeni Prezidenti, dörd Vitse-Prezidenti və Məruzəçisinin seçkiləri keçirilib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qrenada Komitənin Sədri, Azərbaycan, İran İslam Respublikası, Madaqaskar və Mərakeş Vitse-Prezident, İspaniya isə Komitənin məruzəçisi seçilib. İclasda qərara alınmışdır ki, Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti yeddinci sessiyası Qrenadada keçiriləcək.

Bununla yanaşı, Komitənin sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı, ölkəmizin iki qeyri-hökumət təşkilatının (Azərbaycan Xalçaçılar Birliyi və Musiqi Dünyası İctimai Birliyi) akkreditasiya edilməsi tövsiyə edilib. QHT-lərin akkreditasiyası 2012-ci ildə keçiriləcək Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Konvensiyanın İştirakçı Dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası zamanı həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə