Gələn ildən qeyri-akademik qurumların “Akademiya şəhərciyi”ndən köçürülməsinə başlanacaq
Gələn ildən qeyri-akademik qurumların "Akademiya
şəhərciyi"ndən köçürülməsinə başlanacaq. SİA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib ki, Milli Təhlükəsizlik
Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin köçürülməsi ilə bağlı milli təhlükəzilik naziri
ilə danışıqlar aparılıb. Onun sözlərinə görə, onların ölkə prezidentinin
qeyri-akademik qurumların "Akademiya şəhərciyi"ndən çıxarılması ilə bağlı
sərəncamı barədə məlumatları və bu sərəncam icra olunmalıdır: "Amma bunun üçün
vaxt lazımdır. Bu qurumun öz binası tikilməlidir. Yəqin onlar gələn ilin
sonlarında artıq şəhərcikdən köçəcəklər".
M.Kərimov qeyd edib ki, həmin ərazidə Dövlət Reyestr Xidmətinin də köçməklə bağlı müəyyən problemlər var. Onun sözlərinə görə, bu qurum da AMEA-ya köçəcəyi ilə bağlı söz verib.
Moskva Dövlət Universitetinin Bakı filialına gəlincə, AMEA-nın prezidenti vurğulayıb ki, bu qurumun AMEA ilə müəyyən bağlılığı olduğu üçün onun "Akademiya şəhərciyi"ndə qalması etiraz doğurmur: "Onlaırn öz binaları tikiləndən sonra ola bilsin ki, köçdülər. MDU-nin Bakı filialı üçün də xüsusi kompleks inşa olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB