Yeni uşaq internet portalı yaradılır

Yeni uşaq internet portalı yaradılır

Bu gün "ELS" Müstəqil Araşdırmalar Mərkəzi "Uşaq internet portalının ilkin versiyasının ictimai müzakirəsi" mövzusunda dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbir QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Uşaq internet portalının yaradılması" layihəsi çərçivəsində baş tutub.

"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, Azərbaycan ilk dəfə olaraq yaradılan yeni portal əsasən böyüklər, uşaqlarla işləyən peşəkarlar, o cümlədən gənc nəslin nümayəndələri üçün nəzərdə tutulub. Portalın hələlik Azərbaycan dilində olduğunu deyən layihə rəhbəri bunun gələcəkdə rus, ingilis, ispan alman və fransız dillərində olacağını vurğulayıb.

"Portalın məlumat bazasında Azərbaycan haqqında məlumatlarla yanaşı, uşaq və gənclər haqqında qanunvericiliyi tənzimləyən beynəlxalq və milli sənədlər, faydalı məlumatlar və digər zəruri məlumatlar yerləşdirilib. Portalın uşaqların mədəni, mənəvi və fiziki inkişaıfndan xəbər verən bölmələrində bir sıra məktəb və ya mərkəzlərdə təhsil alan uşaqların fəaliyyəti və əldə etdikləri uğurlar öz əksini tapıb. Bununla yanaşı, portalda bir sıra faydalı və maraqlı məlumatla tanış olmaq olar", - deyə o əlavə edib.

Müzakirələr zamanı dəyirmi masa iştirakçıları gənc nəslin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayacaq portalın təkmilləşdirilməsinə dair bir sıra təkliflər irəli sürüb.

Qeyd edək ki, "Uşaq internet portalının yaradılması" layihəsi dekabrın 15-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə