Gəncə şəhər İstilik Təchizatı İdarəsi gücləndirilmiş iş rejiminə keçib

Gəncə şəhər İstilik Təchizatı İdarəsi gücləndirilmiş iş rejiminə keçib

Havaların kəskin soyuması ilə bağlı Gəncə şəhər İstilik Təchizatı İdarəsi əməkdaşları tərəfindən istər idarə, istərsə də yaşayış binalarının istiliklə təminatına başlanılıb. Qurumun rəisi Əsəd Xudaverdiyevin SİA-nın Qərb bürosuna verdiyi məlumata görə, artıq Heydər Əliyev, Tarix Diyarşünaslıq Muzeylərinin istiliklə təminatı istiqamətində həyata keçirilən tədbirlər yekunlaşıb. Hazırda isə Gülüstan qəsəbəsində 20 ədəd yaşayış binalarının istiliklə təminatı qarşıda duran tapşırıqlardandır.

Qeyd edək ki, uzun illərrdir Gəncənin idarə və təşkilatlarının istər inzibati, istərsə də yaşayış binaları irihəcmli qazanxanalarla qızdırılır. İndi isə bu qazanxanaların fəaliyyəti tamamilə dayandırılıb. Səbəb isə xərclərin baha başa gəlməsidir. Müsahibimiz əlavə edib ki, belə qazanxanaların istifadəsinə daha ehtiyac qalmır. Statistikaya görə, Gəncə şəhərində sovetlər dönəmindən qalan 46 qazanxana var.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə