1, 6 və 15 saylı cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirilib
Ombudsmanın Milli Preventiv Mexanizm Qrupunun üzvləri 1, 6 və 15 saylı cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçiriblər. SİA-nın xəbərinə görə, başçəkmələr zamanı həmin müəssisələrin rəhbərliyi tərəfindən MPM Qrupunun üzvləri üçün lazımi şərait yaradılıb. Fakültativ protokolun tələblərinə uyğun olaraq müəssisənin obyektlərinə baxış keçirilib.
Əvvəlki başçəkmlərlə müqayisədə cəzaçəkmə müəssisələrində müsbət dəyişikliklər müşahidə edilib. MPM Qrupunun üzvləri 1 saylı CÇM-də digər məhkumlarla yanaşı, Ruslan Bəşirli ilə də görüşüblər. O, saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onunla rəftarından şikayət etməyib. Yekunda saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB