“Azərreyl” və “Rabitə” qələbəyə doğru

“Azərreyl” və “Rabitə” qələbəyə doğru
Bu il qadınlar arasında keçiriləcək voleybol üzrə Çempionlar Liqasında ölkəmizi iki komanda "Azərreyl" və "Rabitə" klubları təmsil edəclər. Türkiyədə təlim-məşq toplantısı keçirən Azərreyl, artıq Rumöniyanın Konstanta şəhərindədir. Sia.sport-un məlumatına görə "D"qrupunda mübarizə aparan komandamız ilk görüşünü səfərdə 29 noyabr 2011-ci il tarixində Rumıniyanın "2004 TOMİS CONSTANTA" komandasına qarşı keçirəcəkdir. Görüş Bakı vaxtı ilə 21:00 da baş tutacaq.
"CEV", "Avropa Voleybol Konfederasiyasının" kubuku uğrunda isə "İqtisadçı" klubu mübarizə aparacaq. 29/11/2011-ci il saat 18:00 da "İqtisadçı" voleybol komandası ilk görüşünü paytaxtımızda, "Bakı İdman Sarayında" Rumıniyanın "DİNAMO ROMPREST BUCURESTİ" komandasına qarşı keçirəcəkdir. Qeyd edək ki, hər iki görüş "İdman Azərbaycan" kanalında canlı yayaımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə