Yığmamızda latviyalı legioner
Azərbaycan Qış İdman Növləri Federasiyası milli komandamıza yeni legioner cəlb edib.Sia.sport -un məlumatına görə, latviyalı skeletonçu Undine Vitola yığmamızın şərəfini qoruyacaq. Latviya Bobsley Federasiyası da 22 yaşlı idmançının Azərbaycanın şərəfini qorumağa rəsmi icazə verdiyini rəsmi olaraq bildirib. Xatırladaq ki, artıq Vitola Almaniyada keçirilən Avropa Kubokuna ölkəmizin təmsilçisi kimi debüt edib və 15-ci yeri tutub. Onu da qeyd edək ki, 22 yaşlı idmançı Latviya milli komandasında 2006-cı ildən çıxış etməyə başlayıb və ən yaxşı nəticəsi Avropa Kubokunun mərhələ yarışında 4-cü yer olub.

Bütün xəbərlər Facebook səhifəmizdə