İlham Əliyev Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul edib

İlham Əliyev Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul edib. SİA-nın xəbərinə görə, Tbilisi şəhərinin meri Qiqi Uqulava Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəmizə səfəri zamanı Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu bildirib. Prezident İlham Əliyev ölkəmizdə, o cümlədən paytaxtımızda abadlıq və quruculuq işlərinə, eyni zamanda, tarixi binaların əvvəlki görkəmini qoruyub saxlamaqla əsaslı şəkildə bərpa olunmasına böyük önəm verildiyini qeyd edib. Dövlətimizin başçısı Prezident Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstan dövlətinin başçısına çatdırmağı xahiş edib.


Bütün xəbərlər Facebook səhifəmizdə