Fərdi jurnalist yazılarının müsabiqəsi başlandı

Fərdi jurnalist yazılarının müsabiqəsi başlandı

Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

Fonddan SİA-ya verilən xəbərə görə, müsabiqənin məqsədi Nərimanov rayonunda sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin mövzusu: "Nərimanov rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqənin şərtləri barədə geniş məlumatı www.kivdf.gov.az saytında əldə edə bilərsiniz .

Bütün xəbərlər Facebook səhifəmizdə