Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, axşamüstü havanın tədricən tutulacağı, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 8-11 dərəcə isti olacaq. Noyabrın 29-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar küləyinin axşam güclənən xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlarda diskomfort hissi yaradacaq. Noyabrın 30-da gündüz isə hava şəraiti meteohəssas insanlar ücün əlverişli olacaq. Rayonlarında noyabrın 29-da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Səhər və axşam duman, bəzi yerlərdə çiskin olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi yerlərdə 6 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB