Dekabrın 25-dən Nəqliyyatın İntellektual İdarəetmə sistemi işə düşəcək
Nəqliyyatın İntellektual İdarəetmə sisteminin dekabr ayının 25-dən rəsmi təqdim etmə mərasiminin keçirilməsi planlaşdırılır. Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, sistemin işlək vəziyyətə gətirilməsi üçün son tamamlama işləri gedir: "Sistemin işləməsi ilə paytaxt ərazisində tıxaclar aradan qaldırılacaq. Avtomatlaşdırılmış sistem həmcinin nəqliyyatda təhlükəsizliyi təmin edəcək, sürücülərin vaxt itkisinə qənaət etməsinə yardım edəcək. Analoji sistem bir çox inkişaf etmiş ölkələrdə sınaqdan keçirilib və müsbət nəticələr verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB