Jurnalistlər üçün treninqlər keçirilir

Jurnalistlər üçün treninqlər keçirilir

Multimedi Mərkəzi jurnalistlər üçün treninqlər təşkil edir. Mərkəzdən SİA-ya verilən xəbərə görə, treninqlər "İnformasiya Cəmiyyətinin Jurnalisti" 2011 Layihəsi çərçivəsində həyata keçirilir.

Treninqlər İnformasiya Cəmiyyətinin formalaşması və onun xüsusiyyətlərini əks etdirən, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Treninqlər ölkədə İKT və media sahəsində tanınmış mütəxəssislər və ekspertlər tərəfindən aparılacaq.

Treninqlərdə ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan tələbələr və bu sahədə çalışan gənc jurnalistlər iştirak edə bilərlər.

Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmaq tələb olunur.

Treninqlərdə iştirak etmək istəyənlər qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.

Treninq iştirakçılarına sertifikatlar veriləcək.

Cəmi 5 Treninqin keçirilməsi nəzərdə tutulur.

Treninqlər Amerika Azərbaycan Mərkəzində 15 dekabrdan 23 dekabra kimi 5 iş günü ərzində hər gün 4 saat olmaqla keçiriləcək.

Ətraflı məlumat cit.az saytında yerləşdirilib.

Tel: 492-44-44

Mob: 051728 86 28

Bütün xəbərlər Facebook səhifəmizdə