40 otelin 120 ofisiantına sertifikat verildi

Mədəniyyət və Turizm Nazirliyi otellərdə xidmət səviyyəsinin keyfiyyətinin artırılması məqsədi ilə kurslar təşkil edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, kurslarda 40 otelin 120 əməkdaşı iştirak edib: "Kurslar personalın təkmilləşdirilməsinə yönəlib. Əsasən ofisiantların iş bacarığının artırılması üçün təşkil edilən kurslarda türkiyəli mütəxəssislər treninqlər keçirib. Kurslarda iştirak edən işçilərə sertifikatlar təqdim olunub.

Həmin işçilərin xidmətindən "Eurovision" mahnı yarışmasında istifadə olunacaq"


Bütün xəbərlər Facebook səhifəmizdə