Sumqayıtda dəniz limanı inşa ediləcək

Sumqayıtda dəniz limanı inşa ediləcək

Sumqayıt şəhərinin yeni layihələrindən biri də dəniz limanının inşa olunmasıdır. Artıq Avropa standartlarına cavab verən muasir Dənizkənarı Milli park və Dəniz Limanının tikintisinə start verilib. Aparılan abadlıq və quruculuq işlərinin tərkib hissəsi olaraq 100 hektar ərazini əhatə edəcək Parkın tikintisi bir neçə mərhələdən ibarət olacaq ki, burada da əsasən ən böyük layihə olan Dəniz limanının inşa olunmasıdır.

Sumqayıt şəhər İcra hakimiyyətinin Mənzil kommunal-təsərrüfatı istehsalat birliyinin rəisi Abid Əliyevin SəsTV-yə verdiyi məlumata görə, yaxtaların sahilə yan alması üçün Fransanın Kann şəhərinin layihəsinə uyğun olaraq inşa olunacaq limanın tikintisinə artıq gələn ildən başlanacaq: "Tikintilər mərhələli şəkildə olmaqla əvvəlcə çimərlik, dənizkənarı bulvar və şəhər hissəsi inşa ediləcək. Burada bütün növ kateqoruyalı insanların istirahəti üçündə hərtərəfli şəraitin yaradılması nəzərdə tutulub. Dənzikənarı parka həm gəmilərlə, həm də yeni avtomobil yolunun inşasından sonra maşınlarla gəlmək mümükün olacaq".


Bununla belə, Parkda analoqu olmayan 5 ulduzlu otellərin, yeni idman meydançalarının tikintisi nəzərdə tutulub. Qeyd edək ki, yaxın gələcəkdə yeni planlar əsasında Heydər Əliyev, Bələdiyyə və digər parkların əsaslı şəkildə təmiri də planlaşdırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə