Səməd Seyidov: \"Ermənistan regionda vəziyyəti gərginləşdirmək istiqamətində ardıcıl siyasət yeridir\"
"Ermənistan regionda vəziyyəti gərginləşdirmək istiqamətində ardıcıl siyasət yeridir. Bu təhlükəli tendensiya yalnız təmas xəttində yox, beynəlxalq təşkilatlarda da özünü göstərir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Səməd Seyidov deyib.
Onun sözlərinə görə, Ermənistan Avropa Şurasında və başqa beynəlxalq forumlarda danışıqlardan imtina edir və bunun məntiqi nəticəsi təmas xəttində vəziyyətin gərginləşməsidir: "Ermənistan tərəfi həmişə iki üsuldan istifadə edib. Birinci üsul provokasiya, ikinci üsul isə yalandır. Təmas xəttində gündəlik provokasiyaları görürük. Bu provokasiyaların dünya mətbuatında yalan və böhtan formasında təqdim olunmasının da şahidi oluruq. Bu, heç də təsadüfü deyil. Ona görə ki, Ermənistanda inkişaf yoxdur, yalanları ortaya çıxıb. Dünyada artıq başa düşürlər ki, Ermənistanla Azərbaycan arasında olan münaqişə Ermənistan tərəfindən yaradılıb, işğalçı siyasət aparılır və beynəlxalq səviyyədə qanun-qayda kobud şəkildə pozulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB