Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Komissiyanın Sektor müdiri Nigar Hüseynova Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən, UNESKO-nun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun (TPBİ) dəstəyi ilə 2011-ci il 24-25 noyabr tarixlərində Bratislava şəhərində "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təhsildə korrupsiyaya qarşı mübarizə" adı altında keçirilən beynəlxalq konfransda iştirak ediblər.
TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransın əsas məqsədi təhsil sahəsində çalışan dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin bir araya gətirilməsindən, təhsildə korrupsiyanın qarşısının alınması yollarının müzakirəsindən, müsbət təcrübələrin təqdim olunmasından, bu sahə üzrə bilik mübadiləsinin aparılmasından ibarət olub.
Qeyd edək ki, təşkilatçılar konfransa Azərbaycanı təmsil edəcək aidiyyəti qurum kimi məhz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını dəvət ediblər.
Təsadüfi deyildir ki, 2007-ci ildə TPBİ tərəfindən dərc olunmuş "Korrupsion universitetlər, korrupsion məktəblər: Nə etmək olar?" adlı hesabatda Azərbaycanda TQDK-nın fəaliyyəti müsbət tərəfdən qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB