“Beko” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində filial açıbmı?

“Beko” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində filial açıbmı?

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyəyə məxsus "Beko" məişət avadanlıqları şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində filial açması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi. SİA-nın xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərə açıqlamasında deyib ki, "Beko"nun məhsulları dünyanın çox nöqtələrində, o cümlədən Azərbaycan, Gürcüstan və Ermənistanda satılır. Onun sözlərinə görə, "Beko" şirkətinin Xankəndidə məhsullarını satması fərqli başa düşülməsin, çünki bu Türkiyənin rəsmi mövqeyinin göstəricisi deyil. O bildirib ki, belə şeylərə ciddi yanaşmaq lazım deyil.

"Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir. Biz həmişə Azərbaycanın tərəfində olmuşuq. əsas olan məsələlər fikir vermək lazımdır. Türkiyə-Ermənistran sərhədləri 18 ildir ki, bağlıdır. Bu məsələdə rəsmi hissələrə daha çox önəm vermək gərəkir", - deyə o əlavə edib.

Qeyd edək ki, bu yaxınlarda Türkiyəyə məxsus "Beko" məişət avadanlıqları şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində filial açması ilə bağlı məlumat yayılmışdı. Ermənistanda rəsmi saytına əsasən, "Beko"nu düşmən ölkədə ED-SPO MMC təmsil edir. Adıçəkilən MMC-nin Ermənistan üzrə 12 mağaza şəbəkəsinin olduğu və 13-cü nümayəndəliyinin Xankəndidə yerləşdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə