Bernar Fasyenin Minsk Qrupunda missiyasının başa çatması ilə bağlı məlumat yayıldı
Fransanın Azərbaycandakı səfirliyi ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyenin missiyasının başa çatması ilə bağlı məlumat yayıb.
Səfirlikdən SİA-ya daxil məlumatda bildirilir ki, səfir Bernar Fasye Minsk Qrupundakı Fransa həmsədrliyi missiyasını bu ilin sonunda başa çatdıracaq. Məlumatda deyilir: "Onu əvəz edəcək, əvvəllər Fransanın Ukraynadakı səfiri olmuş səfir Jak For öz missiyasına hazırlaşır və hazırda Minsk Qrupunun Fransa-ABŞ-Rusiya həmsədrliyinin fəaliyyətini öyrənməkdədir".
Qeyd edək ki, B. Fasie vasitəçi qismində noyabrın 28-də regiona sonuncu dəfə səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB