Rəbiyyət Aslanova: \"Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü olduqca əhəmiyyətlidir\"
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü olduqca böyük əhəmiyyət daşıyır. Çünki bu ərazilər Azərbaycana məxsusdur və Qarabağda olan erməni icmasının üzvləri Azərbaycan vətəndaşlarıdır. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, sülh əldə olunduqdan sonra, bu iki icmanın bir yerdə yaşaması, insanların birgə fəaliyyəti danılmazdır. Bu baxımdan iki icma arasında münasibətlərin qurulması erməni icması üzvlərinə Azərbaycanın sülh əldə etdikdən sonra Dağl Qarabağ ərazisində görəcəyi işlərlə bağlı məlumatlandırılması və Azərbaycanın bu sahədə gələcək planlarının açıqlanması baxımından çox böyük imkanlar yaradacaq.
O, belə görüşlərin çox böyük əhəmiyyət daşımasına inandığını vurğulayıb: "Bu gün Qarabağın erməni icması əsl həqiqəti bilməlidir. Belə görüşlərdə çox həqiqətlər üzə çıxacaq. İcmaların belə görüşləri gələcəkdə mütamadi olmalıdır. Azərbaycan və erməni icmaları ümumi sülhün əldə olunması üçün mövqelərini ortaya qoymalıdırlar\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB