Azərbaycan və İran tarixi qonşu olan və bunu yüksək qiymətləndirən dövlətlərdir. Bu iki ölkə arasında əməkdaşlıq qarşılıqlı münasibətlər və beynəlxalq hüququn əsas prinsiplərinə söykənib". SİA-nın verdiyi xəbərə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan və İran arasında münasibətlərin gələcək perspektivləri uğurlu görünür və Qərbin İranla bağlı olan istənilən mövqeyi Qərb dövlətlərinin öz mövqeyi sayılır: "Azərbaycan bütün dövlətlərlə balanslaşdırılmış xarici siyasəti var. Azərbaycan qonşu dövlətlərlə sülhməramlı və xoşniyyətli siyasət həyata keçirir. Həmin dövlətlərlə Azərbaycan arasında hər hansı anlaşılmazlıq və ya problem olarsa, onun diplomatik yolla həllinin tərəfdarıyıq. Bu baxımdan Azərbaycan və İran arasında olan münasibətlərə Qərbin təsir etmək ehtimalı çox azdır", - komitə sədri bildirib.
Onun gikrincə, Azərbaycan müstəqil siyasət həyata keçirir və bu siyasəti hansısa dövlətin istəyi ilə formalaşdırmır: \"Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə mehriban dostluq və qardaşlıq siyasətini üstün tutur. Ona görə də Qərbin Azərbaycana hər hansı təsiri yoxdur. Əgər olsa belə, Azərbaycan mövqeyində israrlı olacaq və İrana qarşı siyasətində beynəlxalq hüquq prinsiplərindən çıxış edəcək\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB