Daniela Çibodal: “Biz, gənc ekoloqlar Qəbələdə keçirilən beynəlxalq düşərgənin nəticələrini yüksək qiymətləndiririk”
"Biz, gənc ekoloqlar Qəbələdə keçirilən beynəlxalq düşərgənin nəticələrini yüksək qiymətləndiririk. Bu düşərgə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclərin bir araya gələrək fikir mübadiləsi aparmaları baxımından əla fürsətdir. Qəbələyə toplaşmış gənclərin adından tam məsuliyyətlə deyə bilərəm ki, yüksək səviyyədə təşkil olunmuş beynəlxalq düşərgə uğurla baş çatdı. Biz bu təşəbbüsə görə İDEA Ətraf Mühit Kampaniyasının təsisçisi Leyla xanım Əliyevaya minnətdarıq".
Bu sözləri düşərgədə Moldovanı təmsil edən gənc ekoloq Daniela Çibodal müsahibəsində deyib.
D.Çibodal bildirib ki, düşərgənin nəticəsi olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsində əksini tapan prinsiplər planetimizin ekoloji təhlükəsizliyi naminə qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcəkdir.
Moldovalı təmsilçi deyib: "Biz, gənc ekoloqlar bu düşərgədə çox böyük təcrübə qazandıq, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək üçün əməkdaşlıq yollarını müzakirə etdik. Ümid edirəm ki, bu əməkdaşlığa uyğun olaraq gələcəkdə ətraf mühitin qorunması ilə bağlı birgə layihələrdə iştirak edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB