Ölkənin bəzi qərb rayonlarında çörək antiantisanitar şəratdə hazırlanır

Ölkənin bəzi qərb rayonlarında çörək antiantisanitar şəratdə hazırlanır
Standartlaşdırma Meterologa və Patent üzrə Dövlət komitəsinin 2 sayılı Ərazi İdarəsinin Şəmkirdə keçirilən reydlərdən sonra bu qənaətə gəlinib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, reydlər göstərib ki, sexlərdə bişirilən çörək məhsulları birabırçı şəkildə hazırlınır. Xəstəlik mənbəyi olan bu sexlərdə müqəddəs nemət bişirilir. Montirqlər zamanı sex rəhbərlərinin müəssisələr üçün nəzərdə tutulan uyğunluq sertifikatlarının olmaması müəyyənləşib. Rəsmilərin isə bu sexlərin cərmilənəcəyini, bəzilərinin isə ümümiyyətlə fəaliyyətinə qadağa qoyulacağını deyir.
Digər çörək sexində isə çörək qablarında toyuqların da bişirilməsinin şahidi olduq. Başqa sözlə desək bəzi sahibkarlar çörəkdən əlavə qrili də müqqədəs nemətin hazırlandığı yerdə ərsəyə gətirirlər. Qeyd edək ki, kobud qanun pozuntularının üzrə çıxdığı reyd zamanı komitə əməkdaşları tərəfindən sex rəhbələrinə iradnamə və tələbnamələr verirlir. Bəziləri isə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq 1500-2000 manat dəyərində cərimə edilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə