Ankarada və Konyada Türkiyə-Azərbaycan münasibətlərinin 20 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək

Ankarada və Konyada Türkiyə-Azərbaycan münasibətlərinin 20 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək

Türkiyənin Ankara və Konya şəhərlərində Türkiyə-Azərbaycan münasibətlərinin 20 illiyinə həsr olunmuş "Azərbaycan həftəsi" adlı tədbirlər keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirlərdə iştirak etmək üçün Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa noyabrın 30-dan dekabrın 3-dək Türkiyədə səfərdə olacaqdır.

Tədbir hər iki ölkənin Strateji Araşdırmalar mərkəzlərinin birgə təşkilatçılığı ilə keçiriləcəkdir. Mövzu ilə əlaqədar konfransın keçirilməsi və Azərbaycan haqqında fotosərginin təşkili də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə