Budapeştdə “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” konfransı başa çatıb
Budapeştdə "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" seriyasından iki günlük beynəlxalq elmi konfrans işini başa çatdırıb. SİA-nın Azərbaycanın Macarıstandakı səfirliyindən daxil olan məlumata görə, "Üçüncü respublikanın 20 illiyi" adı altında keçirilmiş konfrans dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunub.
Üç paneldən ibarət olan konfransda Azərbaycan, Macarıstan və Böyük Britaniyadan 23 alim iştirak edib.
Tədbirdə Macarıstan Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Botond Zakoni "Azərbaycan-Macarıstan diplomatik və mədəni əlaqələri", Azərbaycan Prezidenti yanında Strateji Tədqiqatlar Araşdırmalar Mərkəzinin eksperti Heydər Mirzənin "Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri", səfir Endre Erdoş "İkitərəfli münasibətlər və tarixin kölgələri", Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbərinin müavini Surəddin Hümbətovun "20 illik müstəqillik dövründə Azərbaycan diasporunun təşəkkülü" mövzusunda məruzələri dinlənilib.
Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli "Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizədə milli ədəbiyyatın rolu", millət vəkili, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın "Azərbaycanın müstəqilliyi illərində şərqşünaslıq" mövzusunda məşhur macar səyyahı, jurnalist, Macarıstan Coğrafiya Cəmiyyətinin üzvü Gögöş Norbert "Azərbaycan Xəzərdə və Qafqazda turizm cənnəti kimi" mövzusunda məruzələrini də iştirakçılar maraqla qarşılayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB