Xanəndənin həkimi: \"Qədir Rüstəmovun komadan ayılma ehtimalı sıfıra bərabərdir\"
Qədir Rüstəmovun komadan ayılma ehtimalı sıfıra bərabərdir. Bu barədə SİA-ya xanəndənin yerləşdirildiyi İstanbulun Acıbadəm xəstəxanasının həkimi məlumat verib. Həkimin sözlərinə görə, hazırda reanimasiyada olan Qədir Rüstəmov süni nəfəs aparatına qoşulub, komadadır. "Hər hansı bir ümüdverici xəbər deyə bilmirik. Çünki, vəziyyəti olduqca ağırdır. Bu cür hallarda xəstənin ayıması və sağlması qeyri mümkündür. Qədir Rüstəmovun beyini fəaliyyətsiz vəziyyətdədir. Ona görə də komadan ayılması tam möcüzə ola bilər".
Xatırladaq ki, Qədir Rüstəmov noyabr ayının əvvəllərindən Türkiyənin "Acıbadem" xəstəxanasında həkim nəzarəti altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB