“Medianın İnkişafı: Korrupsiya Əleyhinə Mübarizə” adlı layihənin icrasını həyata keçirir
"Şəffaflıq Azərbaycan" korrupsiyaya qarşı mübarizə ictimai birliyi "İnternyus Azərbaycan" təşkilatı ilə birgə əməkdaşlıq şəklində "Medianın İnkişafı: Korrupsiya Əleyhinə Mübarizə" adlı layihənin icrasını həyata keçirir. SİA-nın xəbərinə görə, layihənin məqsədi cəmiyyətdə baş verən korrupsiya halları ilə bağlı ictimaiyyəti məlumatlandırmaq və vətəndaş cəmiyyəti orqanlarının korrupsiya ilə mübarizəsinə təkan verməkdir.
Layihə çərçivəsində vətəndaş cəmiyyətinin, dövlət qurumlarının və medianın iştirakı ilə dəyirmi masalar keçirilir. Növbəti tədbir Elektron İdarəetməyə keçid, dövlət qurumlarının və ictimaiyyətin elektron xidmətlərin göstərilməsinə hazırlıq səviyyəsi və elektron idarəetmənin korrupsiyaya qarşı mübarizədə rolunun qiymətləndirilməsinə həsr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB