İnternat evlərində məskunlaşan uşaqların problemləri necə həll olunmalıdır? - MÖVQE
Bu gün dövlət müəssisələrində təlim alan uşaqların551-i təmamilə kimsəsizdir. 6 mindən çox uşaq axşamlar öz evlərinə gedirlər. Bu isə o deməkdir ki, 9776 uşaqdan 6026-sının öz evi var. SİA-nın xəbərinə görə, millət vəkili Qənirə Paşayeva bildirib ki, bu uşaqların normal uşaqlar kimi məktəblərə getməsini təmin etmək olar. Bu ailələrin uşaqlarını niyə belə müəssisələrə verildiyinə gəlincə, millət vəkili qeyd edir ki, onların ailə və maddi vəziyyətləri yaxşı deyil. Qənirə Paşayeva vurğulayır kı, işsiz və ya sosial problemləri olan ailə sonda məcburiyyət qarşısında qalıb uşaqlarını elə yelərə göndərirlər: "Çünki orada pulsuz yemək, paltar və drəs ləvazimatları var. Yəni bu problemləri həll etmək üçün rayon icra hakimiyyəti və bələdiyyə daha çox çalışmalıdır. Öz uşaqlaırnı belə müəssisələrə vermək məcburiyyətində qalan uşaqlara belə xidmətlər göstərilməlidir ki, onlar belə vəziyyətdə olmasın. Onların sosial problemləri həll olunmadır ki, uşaqları vaxtında normal şəkildə məktəbə gedə bilsinlər. Uşaqlar üçün də bu psixoloji bir travmadır. Ona görə də icra hakimiyyəti, bələdiyyə, nazirliklərin üzərinə böyük bir yük düşür ki, o uşaqların internat məktəblərinə gəlməsinin qarşısını zamanında alaq, yerində köməklik edilsin. Bir qrup ailələr ola bilər ki, onlara da maarifləndirmə işləri həyata keçirilməlidir".
Qənirə Paşayeva övladlığa uşaq götürmə prosesinə yenidən baxılmalı və sadələşdirilmələr aparılmalı olduğunu dyeib. Övladlığa uşaq götürən zaman əsasən körpələrin istənildiyini deyən millət vəkilinin fikrincə, bunula bağlı xüsusilə imkanlı şəxslər arasında maarifləndirmə aparılmalıdır: "İmkanlı şəxslərin uşaq götürərək ona himayədarlıq etməsi çox insani bir hərəkət və iş olar. Təkcə övladı olmayanlar övlad götürməsinlər. Həm də sadəcə körpə yaşında deyil, bir az böyük yaşda uşaqlar da övladlığa götürülsün. Onlar bir uşağa sahiblənmək kimi insani hərəkət etməklə yanaşı, həm də cəmiyyətə xidmət edib. Biz toplum şəkildə maarifləndirməni aparmalıyıq ki, kimsəsiz uşaqlara sahib çıxılsın. Bu gün həmin 551 uşağa sahib çıxacaq imkanlı şəxslər yoxdumu? Mən də daxil olmaqla var. Sadəcə diqqətlə düşünüb fikirləməliyik ki, bu uşaqlara sahib çıxmaq lazımdır. Bu məsələlərdə hər kəsin üzərinə böyük yük düşür".
Hər halda uşaqların gələcəyi bizlərin hər birini düşündürməlidir. Çünki bugünün uşaqları gələcəyin gəncləridir. Hər bir ölkənin gələcəyi isə həmin gənclərdən asıldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB