Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü, Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü, Vətəndaş və siyasi hüquqlar, İqtisadi sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktların 45 illiyi münasibətilə "Mən və hüquqlarım" mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir. SİA-nın xəbərinə görə, müsabiqədə 18 yaşınadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.
Uşaqların rəsmləri A3 formatda işlənməli və bu rəsmlərin müəllifləri haqqında qısa məlumat, həmçinin müsabiqə iştirakçılarının bir ədəd fotoşəkli (4x5) 1 dekabr 2011-ci il, saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 40, Hökumət Evi, II qapı) təqdim edilməlidir. Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək:
Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması; BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəasının rəsmlərdə öz əksini tapması və rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.
İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra iki ay ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB