Ombudsman "Hüquqlar – hamı üçün!" mövzusunda jurnalist yazılarının ənənəvi müsabiqəsini keçirir. SİA-nın xəbərinə görə, müsabiqə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü, Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü, Vətəndaş və siyasi hüquqlar, İqtisadi sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktların 45 illiyi münasibətilə təşkil olunur.
Müsabiqə üçün yazılar 1 dekabr 2011-ci il, saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 40, Hökumət Evi, II qapı) təqdim edilməlidir. Müsabiqəyə ünvanlanmış həmin yazıların respublikamızda çıxan hər hansı bir qəzetdə dərc olunması və müəlliflərin münsiflər heyətinə özləri haqqında qısa məlumat və bir ədəd fotoşəkil (4x5) göndərməsi mütləq şərtdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB