9 mikrorayon hələ də qazsızdır

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından keçən qaz kəmərində meydana gələn partlayış sonradan yanğına keçib. Xəbər verdiyimiz kimi, baş vermiş hadisə nəticəsində dünən gecədən Bakının Binəqədi və Nəsimi rayonlarında qaz təchizatı kəsilib. Nəticədə sözügedən ərazidə yerləşən 9 mikrorayon qazsız qalıb. Partlayış sonradan yanğına keçdiyi üçün ciddi fəsadlar yaranıb. Hadisə yerində Fövqaladə Hallar Nazirliyinin mütəxəssisləri araşdırma aparır.


SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi baş vermiş partlayışla bağlı rəsmi məlumat da yayıb. Məlumatda bildirilir ki, Nəsimi və Binəqədi rayonlarına gedən orta təzyiqli, diametri 500 mm olan yeraltı magistral qaz xəttində baş vermiş qəza nəticəsində yanğın baş verib.


Partlayış güclü olduğundan bir neçə kilometr uzaqda da səsi eşidilib. Partlayışın hansı səbəbdən baş verməsi araşdırılır və fəsadlar aradan qaldırılır.


Hadisə yerində işlər getsə də, dünən gecədən Binəqədi rayonu ərazisində hadisənin fəsadları nəticəsində kəsilən qazın verilişini hələ də bərpa etmək mümkün olmayıb. "Azəriqaz" QSC verilən məlumata görə, qaz kəmərində yaranan nasazlığın aradan qaldırılması istiqamətində iş gedir.


Bütün xəbərlər Facebook səhifəmizdə