Övladlığa uşaq götürmə prosesi sadələşdirilməlidir

Övladlığa uşaq götürmə prosesi sadələşdirilməlidir

"Övladlığa uşaq götürmə prosesinə yenidən baxılmalı və sadələşdirilmələr aparılmalıdır. Bu istiqamətdə maarifləndirmə işlərini də artırmaq lazımdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. O bildirib ki, övladlığa uşaq götürən zaman əsasən körpə uşaqlar istənilir. Millət vəkilinin sözlərinə görə, amma bununla bağlı xüsusilə imkanlı şəxslər arasında maarifləndirmə aparılmalıdır.

"İmkanlı şəxslərin uşaq götürərək ona himayədarlıq etməsi çox insani bir hərəkət və iş olar. Təkcə övladı olmayanlar övlad götürməsinlər. Həm də sadəcə körpə yaşında deyil, bir az böyük yaşda uşaqlar da övladlığa götürülsün. Onlar bir uşağa sahiblənmək kimi insani hərəkət etməklə yanaşı, həm də cəmiyyətə xidmət edib. Biz toplum şəkildə maarifləndirməni aparmalıyıq ki, kimsəsiz uşaqlara sahib çıxılsın. Bu gün həmin 551 uşağa sahib çıxacaq imkanlı şəxslər yoxdurmu? Mən də daxil olmaqla var. Sadəcə diqqətlə düşünüb fikirləməliyik ki, bu uşaqlara sahib çıxmaq lazımdır. Bu məsələlərdə hər kəsin üzərinə böyük yük düşür", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə