Millət vəkili: “İcra hakimiyyəti, bələdiyyə, nazirliklərin üzərinə böyük bir yük düşür”
"Bu gün dövlət müəssisələrində təlim alan uşaqların 551-i təmamilə kimsəsizdir. 6 mindən çox uşaq axşamlar öz evlərinə gedirlər. Bu isə o deməkdir ki, 9776 uşaqdan 6020-sinin öz evi var". SİA-nın xəbərinə görə, millət vəkili Qənirə Paşayeva bildirib ki, bu uşaqların normal uşaqlar kimi məktəblərə getməsini təmin etmək olar. Bu ailələrin uşaqlarını niyə belə müəssisələrə verildiyinə gəlincə, millət vəkili qeyd edib ki, onların ailə və maddi vəziyyətləri yaxşı deyil.
"Ya işsizdilər, ya da ailənin sosial problemləri var. Onlar da məcburiyyət qarşısında qalıb uşaqlarını elə yelərə göndərirlər. Çünki orada pulsuz yemək, paltar və dərs ləvazimatları var. Yəni bu problemləri həll etmək üçün rayon icra hakimiyyəti və bələdiyyə daha çox çalışmalıdır. Öz uşaqlarını belə müəssisələrə vermək məcburiyyətində qalan insanlara belə xidmətlər göstərilməlidir ki, onlar belə vəziyyətdə olmasın. Onların sosial problemləri həll olunmadır ki, uşaqları vaxtında normal şəkildə məktəbə gedə bilsinlər. Uşaqlar üçün də bu psixoloji bir travmadır. Ona görə də icra hakimiyyəti, bələdiyyə, nazirliklərin üzərinə böyük bir yük düşür ki, o uşaqların internat məktəblərinə gəlməsinin qarşısını zamanında alaq, yerində köməklik edilsin. Bir qrup ailələr ola bilər ki, onlara da maarifləndirmə işləri həyata keçirilməlidir".
Q.Paşayeva vurğulayıb ki, bu gün 3750 uşaqdan sadəcə 551-i təmamilə kimsəsizdirlər: "Onlara kömək etmək istiqamətində daha çox işlər görülməlidir. Uşaqlar ailədə böyüməlidir. Çünki ailədən kənarda böyüyən uşaqların gələcəyi bizi indidən narahat etməli və qabaqlayıcı tədbirlər görülməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB