Göygöl və Hacıkəndə güclü qar yağıb - FOTOSESSİYA

Göygöl və Hacıkəndə güclü qar yağıb - FOTOSESSİYA
Dünən axşam saatlarından başlayaraq ölkənin qərb bölgəsinə güclü qar yacıb. SİA-nın Qərb Bürosu xəbər verir ki, yağıntılı hava şəraiti Göygöl rayonu və Hacıkənt qəsəbəsində daha güclü olub.
Hapzırda Hacıkənt qəsəbəsində mənfi 7-8 dərəcə şaxta və təxminən 20 sm-dən artıq qar var. Anoloji hava şəraiti hər il olduğu kimi bu il də bir sıra çətinliklər yaradıb. Gəncə-Göygöl-Hacıkənd yolunun müəyyən hissəsində hərəkət səhər saatlarında tamamilə məhdudlaşıb. Yollar buz bağlayıb. Günorta saatlarından sonra isə Hacıkənd yolunda avtiomobillərin hərəkəti tənzimlənib.
21 saylı Göygöl Yol İstismarı İdarəsinin əməkdaşları tərəfindən yola rahat gediş-gəlişi təmin etmək üçün duz və qum səpilir. Qurumun bütün əməkdaşları gücləndlirilmiş iş regiminə keçib. Bu saatlara olan məlumata görə, Hacıkəntdə qar yağışı güclü olmasa da davam edir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə