Misir Mərdanov: “Heç kim vəzifədə daimi deyil və ona görə də bu məsələnin cəmiyyətdə geniş müzakirəsinə ehtiyac görmürəm” - MÖVQE

Misir Mərdanov: “Heç kim vəzifədə daimi deyil və ona görə də bu məsələnin cəmiyyətdə geniş müzakirəsinə ehtiyac görmürəm” - MÖVQE

Professor Rafiq Əliyevin işdən çıxarılması məsələsi ilə bağlı fərqli fikirlərə, təkziblərə ehtiyac yoxdur. SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, hamı hər hansı bir vəzifədən çıxarla bilər və yenidən təyin oluna bilər. Nazirin sözlərinə görə, "Heç kim vəzifədə daimi deyil və ona görə də bu məsələnin cəmiyyətdə geniş müzakirəsinə ehtiyac görmürəm".

Saxta diplomlarla bağlı məsələyə münasibət bildirən, təhsil naziri qeyd edib ki, hər zaman olduğu kmi bu gün də saxta diplomlarla bağlı müvafiq işlər gedir. Onun sözlərinə görə bu məsələ araşdırıldıqdan sonra ilin sonuna kimi bunula bağlı ictimai dəqiq məlumatlar veriləcək.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə