Bu gün səhər saatlarından etibarən Gəncə şəhərinə ilk qar yağıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, sabah saatlarından başlayan qar yağışı günorta saatlarında öz şiddətini artırıb. Ancaq qar yağışı yerdə qalmayıb. Hazırda avtomobillərin hərəkətində heç bir problem yoxdur.
Gəncə şəhər İcra Hakimiyyətindən SİA- ya bildirilib ki, şəhər təsərrüfatı qışa hazırlıqla bağlı bütün lazımı tədbirləri yerinə yetirib və Gəncə qışa tam hazırdır. Qar yağışı hazırda davam edir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB