“Azərbaycan və Türkiyə təhsil sahəsində bəzi məsələləri bir-birindən öyrənməlidir”
Bu gün 3500 Azərbaycan vətəndaşı Türkiyədə təhsil alır. Bunu SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu deyib. O bildirib ki, bununla bərabər 3500-4000 türk tələbə öz təhsilini Azərbaycanda davam etdirir. Onun sözlərinə görə, son illərdə bu rəqəmlər günü-gündən artmaqdadır.
"Azərbaycanın bir çox sahələrdə Türkiyədən öyrənəcəyi məsələlər var. Belə ki, Azərbaycan tibb, turizm, hüquq sahələri üzrə Türkiyədən bir çox sahələri görüb-götürməlidir. Türkiyənin də öz növbəsində Azərbaycandan bilib, əldə edə biləcəyi bir çox sahələri öyrənməlidir. Biz bunlara mədəniyyəti, incəsənəti nisal gətirə bilərik", - deyə o əlavə edib.
H.Koyunçuoğlu əlavə edib ki, bu gün Türkiyədə 24 noyabr - Müəllimlər günü qeyd olunur. Bu gün millət məktəblərinin açılışı və Müstafa Kamal Atatürkün baş müəllim olduğu gündür. 1981-ci ildən bu tarix Tükiyədə Müəllimlər Günün kimi hesab olunur. Bu tarix Azərbaycanda da geniş şəkildə qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB