Eyyub Hüseynov: “İstehlakçıların qanunvericilik bazası təkmilləşməlidir” - MÜSAHİBƏ

Eyyub Hüseynov: “İstehlakçıların qanunvericilik bazası təkmilləşməlidir” - MÜSAHİBƏ

Bildiyimiz ki, hər qış mövsümündə dəm qazından zəhərlənmə və partlayışların sayı artır. Məsələ hər il mövsüm zamanı aktual olsa da onun zamanında yaranma səbəbləri ilə heç kim maraqlanmır. Bu və ya digər məsələlərə aydınlıq gətirmək, istehlakçıların bu məsələdə nə dərəcədə məsuliyyətli olmasını bilmək üçün Azad İstehlakçılar Birlyiinin sədri Eyyub Hüseynov ilə söhbətləşdik.

- Bildiyiniz kimi, hər il olduğu kimi son günlərdə dəm qazından zəhərlənmə və partlayışların sayı artıb. Sizin fikrinizcə, bunlaırn yaranmasının səbəbi nədir və qarşısını necə almaq olar?

- Qaz olan ölkələrin hamısında bu kimi problemlər var. Birincisi bu qanunvericilik bazasındakı zəifliklə bağlıdır. İkincisi qaz təhcizatçılarının müəyyən səhfləridir. Lakin ən böyük günah istifadəçilər və istehlakçılardır. İstehlakçılar və qaz istifadəçiləri bilməlidirlər ki, qaz onların mənzilinə daxil olmuş, son dərəcə qiymətli bir maldır. İstehlakçı digər malları almaq üçün uzaq məsafəyə gedir, gətirir və s. Qaz isə artıq onun mənzilinə daxil olan maldır ki, istehlakçı onu alır. Ona görə də istehlakçı bu təhlükəli malla çox diqqətli və ehtiyatlı davranmaq bacarığına malik olmalıdır. Bəzən isə istifadəçilər isti olsun deyə qazı, sobaları səhərə kimi açıq qoyurlar və bu da böyük partlayışlara səbəb olur.

- Bəzən istehlakçılar qaz peçlərinin standartlara uyğun olmadığını deyir. Sizin buna münasibətiniz necədir?

- Əhali bilməlidir ki, dövlətin gömrük sərhədlərindən keçən peçlər, qaz işlədicilərinin hamısı dövlətin standartlarına uyğundur. Lakin Azərbaycanda qaz infrastrukturu köhnəlib, qaz lazımi təzyiqdə deyil. Bu da peçlərin işləmə standartı ilə Azərbaycanda verilən təzyiq düz gəlmir. Belə olan halda istehlakçılar peçi alandan sonra onun işləyib-işləmədiyini görüb, təsadüfi insanları çağırıb, orada dəyişiklik aparır. Bununla da yeni partlayışlara səbəb yaranır. Yaxşı olardı ki, qaz təchizatçıları bunu peçlərdə rekanstruksiya işlərini aparmağı öz üzərilərinə götürsünlər. Əlbəttə, çölə çıxarılan yanmış qazın tüstüsünün və ya havasının ötürülməsində də problemlər var. Istehlakçılar bilməlidir ki, Bakı küləklər şəhəridir. Onların düşünüb küləyə qarşı qorunmayan borusunu külək dəyişə və o tüstünü içəri vura bilər. Ona görə də çölə çıxan borulara diqqət yetirilməlidir. Birmənalı şəkildə qazı uşaqların nəzarətindən kənarda qoyub yatmaq, təcrid şəkildə etmək olmaz. Qaz mütləq nəzarət altında olmalıdır. Onu da bilməlidirlər ki, boğulma ani baş verir. Ona görə də adarant deyilən zəhərli maddələr qarışdırırlar ki, qazın axması iylə, qoxulu ilə hiss olunsun. Çox təəssüf ki, bu bəzən epizodik olur. Bəzən qarışdırılır, bəzən isə yox. Biz burada artıq təchizatçının müəyyən məsələsi üzərinə gəlib çıxırıq. Təəssüf ki, əhali ilə təhcizatçı arasında bağlanan müqavilə şərtlərində təhcizatçı öz üzərinə heç bir məsuliyyət götürmür. Məsələn, qazın fasiləsiz verilməsi məsələsi. Bazarda inhisarçı qurum olan təhcizatçının üzərinə qazı fasiləsiz vermək məsuliyyətini verir. Lakin infrastruktur köhnəldiyindən qaz təhcizatçılarının məsuliyyəti tam aydın olmadığından bəzən fasilərlə olur. Mütləq öncədən xəbərdarlıq sistemi yaradılmalı, təchizatçının üzərində müəyyən məsuliyyət dayanmalıdır. Müəyyən partlayışlar onun sonrakı aqibəti, günəhkarların tapılması və cəzalandırılması baxımından ictimai fikirdə heç bir fikir dolanmır. Yaxşı olar ki, bu məsələr önə çəkilsin.

- Bu məsələrdə ən böyük məsuliyyət kimi üzərinə düşür?

- Bu məsələdə hər iki tərəfin məsuliyyəti bərabərdir. Amma qanunvericilik bazasında da problemlər var. İstehlakçıların qanunvericilik bazasının təkmilləşməsi haqqında qanunvericilik mütləq dəyişilməli və istehlakçının hüququ yüksək səviyyədə qorunmalıdır. Istehlakçının hüququna, əmlakına olan qəsdlərə qarşı müəyyən məsuliyyət qoyulmalıdır. Amma qaz təhcizatçıları tərəfindən bu məsuliyyət yoxdur. Gözləyirik ki, yeni bir müəssisə yaranacaq, bütün tüstü çəkən bacalar təmizlənəcək. Azad İstehlakçılar Birliyi təklif verib ki, istehlakçıları geniş maarifləndirmək üçün işlər görsün. Bu gün 20 mindən çox üzvümüz var, 30 regional təşkilatımız var. Biz bu vəziyyəti dəyişməkdə şirkətlər, dövlətə yardımçı olmağa hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə