Bölgələrdə yol qəzalarının sayının artması polisləri hərəkətə gətirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdədə yol polisləri uzun müddətli reydlərə başlayıb. Əməkdaşlarımızın da iştirak etdiyi reyd zamanı maraqlı görüntülər ortaya çıxıb. Kimisi vəziyətdən çıxış yolu kimi əlini telefona atıb, kimisi isə qaçaraq canını qurtarıb. Polis avtoqəzaların qarşısını almaq üçün mütəmadi reydlər keçirir. Bərdədə yol polisləri gücləndirilmiş iş rejiminə keçib. Yol polisləri şəhərin müxtəlif ərazilərində apardığı reydlərdə maşınlar saxlanaraq cərimə meydançasına aparıb. Reyd zamanı çoxlu sayda texniki baxışdan keçməyən avtomaşınlar və sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən şəxslər saxlanılaraq qanun çərçivəsində tədbirlər görülüb. Avtomaşını qanunsuz idarə edən bir çoxları vəziyyətdən çıxış yolu kimi telefonla "day-day" axtarıb. Bəzi sürücülər isə polisdən qaçaraq canlarını qurtarıblar. Reyd zamanı saxlama əmrinə tabe olmayan bu cür sürücülərə qarşı qanuna uyğun olaraq müvafiq qaydada tədbirlər görüləcək.
Qeyd edək ki, bu cür reydlər bir neçə gün davam edəcək. Odur ki sürücülər avtomobillərini qaydaya salsa, yaxşı olar.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB