İsveçli iş adamları “Azərenerji”də olublar

"Azərenerji" ASC isveçli iş adamlarına respublikanın elektrik enerjisi sahəsindəki nailiyyətlərini təqdim edib. Səhmdar cəmiyyətin mətbuat xidmətinin SİA-ya verdiyi məlumata görə, təqdimat bu gün İsveç XİN-in dövlət katibi Frank Belfraqın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində "Azərenerji"də keçirilən görüşdə baş tutub.

Görüş zamanı Səhmdar Cəmiyyətin ümumi fəaliyyəti, elektrik enerjisi sahəsində həyata keçirilən layihələr, idxal-ixrac potensialı barədə ətraflı məlumat verilib. Tərəflər əməkdaşlıq məsələlərini də müzakirə ediblər. İsveç Ticarət Şurasının Avroasiya ölkələri üzrə nümayəndəsi Antoine Fanoun ölkəsinin Azərbaycanın enerji sektorunda daha sıx əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə