Bakı Beynəlxalq Avtovağzal komleksindən \"20 Yanvar\" metrosunadək avtobusların hərəkəti məhdudlaşdırılıb. Nəticədə yollarda böyük tıxac yaranıb. Hadisə yerində olan müxbirimizin SİA-ya verdiyi məlumata görə, sərnişinlər saatlarla dayanacaqlarda gözləməli olub. Hərəkətin məhdudlaşdırılmasına səbəb kimi isə yolların sürüşkən olması göstərilir. Sərnişinlər əlacsız vəziyyətdə Avtovağzaldan \"20 Yanvar\" metrosunadək xeyli yolu piyada getməli olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB