Cari ilin müvafiq dövrü ərzində rəsmi statistikaya görə Nizami rayon qeydiyyat şöbəsində 800-dən artıq vətəndaş ailə qurubsa, bunlardan 250 nəfərə yaxını artıq boşanıb. Ancaq buna baxmayaraq rəsmi statistika ürək açan nəticələri özündə ehtiva etmir. Belə ki, son 5 ildə Gəncə şəhərində nikah quranların 50-ə yaxını sonradan ayrılmaq qərarına gəlib. Gəncə qeydiyyat şöbəsindən SİA-ya verilən məlumata görə, boşananlar əsasən gənclərdir. Ən ciddi məqam ailə qurandan cəmi iki ay sonra ayrılanlar daha çoxluq təşkil edir. Burada müxtəlif səbəblər yer alır. Belə ki, valideyinlərin təzyiqi, həmçinin gənclərin bir-birini başa düşməmələri kimi faktorlar nəticədə ayrılığa gətirib çıxarır. Nizami rayonu ilə yanaşı ölkənin ikinci böyük şəhərinin Kəpəz rayon Qeydiyyat şöbəsində də analoji vəziyyət hökm sürür.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB