Reketçiliklə bağlı Mətbuat Şurasına il ərzində 1000-ə qədər şikayət daxil olur

Reketçiliklə bağlı Mətbuat Şurasına il ərzində 1000-ə qədər şikayət daxil olur

\"Reketçilik cinayət tərkibli əməldir və bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Mətbuat Şurasına il ərzində 1000-ə qədər şikayət daxil olur\". SİA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, bəzi qəzetlərdən 10-dan çox, bəzilərində isə 50-dən çox şikayət daxil olub.

"Bizim yol" qəzeti ilə bağlı 50-yə yaxın şikayətin daxil olduğunu deyən Ə.Amaşov qeyd edib ki, həmin şikayətlərdə reketçiliklə bağlı məqamlar varsa, bu barədə məlumatlar "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına göndərilir. Onun sözlərinə görə, komissiya da şuranın İdarə Heyətinə tövsiyə edir ki, həmin qəzetin adını MŞ-nin "qara siyahısı"na salsın.

"Azərbaycanda reketçiliyin qarşısını almaq mümkündür, amma ölkədə reket jurnalistika ilə mübarizə aparmaq yalnız Mətbuat Şurasının işi deyil. Regionlarda kiminsə faliyyətində qaranlıq məqam olduqda, həmin şəxs qəzetin onu üzə çıxarmaması üçün qəzetə 50- 100 manat verir. Bəzi qəzetlər isə hətta ona 10-20 min manatın verilməsi ilə razılaşmırlar. Reketçiliyə qarşı mübarizə aparmaq üçün bu barədə məlumatı olan şəxslər də MŞ-yə müraciət etməli və onları şantaj edənlərə pul verməməlidirlər", - deyə o əalvə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə