Heydər Əliyev Mərkəzi yaxın iki il müddətində istifadəyə veriləcək

Heydər Əliyev Mərkəzi yaxın iki il müddətində istifadəyə veriləcək
Son üç il ərzində Nərimanov rayonunda aparılan tikinti prosesi ilə bağlı 1500-dən çox ailə köçürülüb, həmin ailələrə yeni mənzillər verilib. SİA-nın xəbərinə görə, bunu Nərimanov rayon İcra Hakimiyyətinin (İH) başçısı Abdin Fərzəliyev deyib. O bildirib ki, Nərimanova köçürülənlər əvvəlki mənzillərindən ən azı iki dəfə böyük mənzillərlə təmin ediliblər.


Yeni inşa işləri barədə məlumat verən icra başçısı qeyd edib ki, Bakının Nərimanov rayonu ərazisində inşası davam etdirilən Heydər Əliyev Mərkəzi yaxın iki il müddətində istifadəyə veriləcək. Onun sözlərinə görə, Ziya Bünyadov prospekti yenidən qurulur, yaxın 1 il müddətində istifadəyə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə