Paytaxtda kəskin soyuq hava şəraiti davam edir. Yaranmış vəziyyət yolların donmasına və sürüşkən olmasına səbəb olub. Paytaxt ərazisindəki bir çox küçələrdə tıxaclar yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsi yollarda yaranmış vəziyyətlə bağlı sürücülərə müraciət edib. İdarədən SİA-ya verilən məlumata görə, Bakı-Quba, Xızı və Qusar rayonları ərazisində yollar buz bağlayıb. Bakı-Şamaxı, Ağsu rayonlarına gedən yollar buz bağladığından nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb.
Yol Polis İdarəsi sürücülərin diqqətinə çatdırır ki, bu yollardan mümkün qədər az istifadə etsinlər: "Hava şəraiti ilə əlaqədar olaraq görmə zəifləyib. Sürücülərdən xahiş olunur ki, yaxın vuran faralardan istifadə etsinlər, faraların və dövlət nömrə nişanlarının təmiz görünməsinə diqqət yetirsinlər. Həmçinin şüşə təmizləyənlərdən istifadə etsinlər. Hava ilə əlaqədar olaraq bəzi işıqforlarda nasazlıq yarandığından sürücülərdən diqqətli olmaları xahiş olunur. Bu cür hava şəraitində avtomobillərin sürüşmə ehtimalı böyük olduğundan sürət həddini keçmək yolverilməzdir. Sürücülər avtomobillərinin şüşələrini təmiz saxlamalı, diqqətli olmalıdırlar. Zəruri hal yaranarsa təkərlərdə zəncirlərdən istifadə etmək lazımdır".
Ancaq hava şəraiti Azərbaycan Hava Yollarının işinə təsir göstərməyib. AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, Qurum adı iş qrafikində işləyir, heç bir dəyişiklik olmayıb.
"Avtovağzal"dan verilən məlumatda da bildirildi ki, rayonlardan paytaxta gələn avtobusların hərəkətində heç bir dəyişiklik yoxdur: "Sürücülərə ehtiyatlı olmaq tövsiyə olunub. Ancaq Şamaxı, İsmayıllı və digər dağlıq ərazilərdə yolların buz bağlaması səbəbindən relslər təxirə salınıb. Alternativ yollar olan bölgələrə isə avtobuslar işləyir".
Azərbaycan Dəmir Yolları İdarəsinin mətbuat katibi Nadir Əzməmmədov isə bildirib ki, relslərin buz donmamağı üçün zəruri tədbirlər görülür: "Qatarlar əvvəlki qaydada işləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB