Deyirlər qar yağacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin soyuq və yağıntılı keçəcəyi, arabir sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, güclü şimal-qərb küləyi əsəcək. Temperaturun anomal gedişi gözlənilir. Gecə və səhər 1-3 dərəcə isti, gündüz və axşam 0-2 dərəcə şaxta olacaq.


Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə və gündüz 3-8 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə