Azərbaycanda qadınların işə qəbulu və hüquqları ilə bağlı problemlər var. SİA-nın xəbərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, bəzi işəgötürənlərin qadınların işə qəbulu prosesində ayrı-seçkiliyə yol verdiyini deyən Səttar Mehbalıyev bildirib ki, seçim zamanı əks cinsin nümayəndəsinə daha çox üstünlük verilir: "Azərbaycanda qadınlar dövlət işlərində, cəmiyyətin inkişafında fəal iştirak edir. Lakin bununla yanaşı qadınların işə götürülməsində, iş yerlərində müəyyən ayrı-seçkilik halları müşahidə olunur və bir sıra müəyyən problemlər yaranır. Bəzi işəgötürənlərin qadınların işə qəbulu prosesində ayrı-seçkiliyə yol verilir və seçim zamanı əks cinsin nümayəndəsinə daha çox üstün götürülür. Ailə və uşaq məsələləri ilə bağlı yaranacaq problemləri nəzərə alan bəzi işəgötürənlər sonradan qadınların işə götürülməsində ayrı-seçkiliyə yol verirlər. Əmək qanunvericiliyinə görə, uşaqlı analar üçün iş prosesi zamanı güzəştlər tətbiq olunmalı və onların iş saatı az olmalıdır".
Səttar Mehbalıyev qeyd edir ki, hazırda qadınların əmək bazarında iştirak səviyyəsi kişilərlə müqayisədə aşağıdır: "Təbii ki, hər bir qadın da öz hüquqlarını bilməli və bunu tələb etməyi bacarmalıdır. Ancaq müstəqil Azərbaycanın daha da demokratikləşməsi üçün qadınları bütün sahələrdə olması əsas götürülür. Çünki qadınlar bu dövlətin inkişafında iştirak etmirsə, kişilər müəyyən bərabərliyə sahib deyilsə, o zaman ölkəni birgə inkişaf etdirmək mümkün deyil"
Beynəlxalq Əmək Təşkilatının baş mütəxəssisi Sergius Qlovaskas Qadınların cəmiyyətdə ayrı-seçkiliyinin qarşısının alınması üçün onların hüquqlarının qorunması çox önəmli oldugunu vurgulayır: "Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edir və regionun aparıcı dövlətinə çevrilib. Azərbaycan hökumətinin qadınlara qarşı diskriminasiya ilə mübarizəsini müsbət qiymətləndiririk. Lakin problemlərin olduğunu da danmaq olmaz, bu problemlərin aradan qaldırılması üçün isə işlər görülməlidir. Bununla bağlı işlər gedir və bu proses daha da davam etdiirlməlidir".
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qadınların hüquqlarının qorunması və onlara hüquqi yardımın göstərilməsi məqsədilə Şura yaradılıb. Şura yerlərdən gələn şikayətləri, əsasən də qadınların qarşılaşdığı problemlər, məruz qaldıqları ayrı-seçkilik faktlarını araşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB