Eyyub Hüseynov: “Sovet dövründən bu günə kimi tüstü bacaları təmizlənməyib”
Son dövrlərdə baş verən qaz partlayışlarının baş verməsində tüstü bacalarının da böyük rolu var. Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüsyenov deyib. O bildirib ki, Sovet dövründən bu günə kimi tüstü bacaları təmizlənməyib.
"Təəssüflər olsun ki, istehlakçılar bir çox halarda tüstü bacalarına ehtiyatla yanaşmırlar. Bəziləri tüstü bacalarının içərisi ilə su xətləri, kommunikasiya xətləri gətiriblər, yarpaqlarla dolur və sairə. Ona görə də istehlakçılar qaz mövsümi başlayanda divar peçlərini yandıran zaman öncə qazı açmadan qəzeti yandırıb tüstü bacalarının içərisində, otaqda tutsunlar ki, tüstünü yuxarı çəkib-çəkmədiyini yoxlasınlar. Bu da partlayışların səbələrindən biridir. Qazla ehtiyatlı davranmaq öncül məsələlərdən biridir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB