Abel Məhərrəmov: “Elm və təhsil işçilərinin sosial məsələlərinə yenidən baxılmalıdır”

Abel Məhərrəmov: “Elm və təhsil işçilərinin sosial məsələlərinə yenidən baxılmalıdır”

Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirilib. SİA-nın xəbərinə görə, müzakirələr zamanı çıxış edən İqbal Ağazadə qeyd edib ki, milli strategiyaya əsaslanan büdcə neftdən gələn gəlirlərdən formalaşmamalıdır. Neftdən asılılıq ölkəni iqtisadi böhrana sala bilər. Dövlət büdcəsindən ayrılan investisiyalar düzgün xərclənmir. 2007-ci ildən bu yana 33,3 milyard investisiya qoyulub. Bunun da böyük hissəsi tikinti və abadlıq işlərinə sərf olunub. Sırf 9 milyarddan çox pul tikinti işlərinə xərclənib.

Abel Məhərrəmov isə təklif edib ki, elm və təhsil işçilərinin sosial məsələlərinə yenidən baxılmalıdır: "Neft Fondundan transfer artırılıb elm və təhsilin inkişafına sərf olunmalıdır. Elm adamları dedikdə yalnız Elmlər Akademiyasının əməkdaşları nəzərdə tutulur. Halbuki ölkənin müxtəlif ali təhsil ocaqlarında 1800-dən çox professor çalışır. Büdcə layihəsində ali təhsil müəssisələri də nəzərə alınmalıdır".

Büdcə layihəsinə səs verməyəcəyini deyən Qüdrət Həsənquliyev isə büdcə gəlirlərinin strukturuna nəzər yetirdikdə qeyri-neft sektorunun zəif inkişaf etdiyini bildirib. Millət vəkili təklif edib ki, Naxçıvan Muxtar Respublikasının inkişafı ilə bağlı ayrıca dövlət proqramı hazırlansın, eyni zamanda Naxçıvana dəmir yolunun çəkilişi prosesi sürətlənməlidir.

O həmçinin qeyd edib ki, Bakı şəhəri ilə bağlı təhlükəsiz şəhər proqramı genişləndirilməli, hər binada təhlükəsizlik kameraları qurulmalıdır.


Siyavuş Novruzov çıxışında bəzi həmkarlarına irad olaraq bildirib ki, bəzi investisiyalar var ki, onlar xalqı rahatlığına, istirahətinə yatırılır. Çəkilən yollar, salınan parklar gəlir gətirməyə bilər, ancaq insanların rifahına xidmət edir. İnvestisiya qoymaq bazardan alma almaq deyil. Almanı almaq üçün əvvəl ağacını yetişdirməlisən. 1994-cü ildə müqavilə imzalanandan sonra dərhal göydən dollar tökülmədi ki. Regionlarda hər gün yeni-yeni müəssisələr açılır".


Eldar İbrahimov bələdiyyələrə ayrılan dotasiyanın artırılmasını istəyib və aqrar sahədə dövlət dəstəyinin genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Millət vəkilləri Əhməd Vəliyev, Hikmət Atayev, Xanhüseyn Kazımlı, Tahir Süleymanov, Aqiyə Naxçıvanlı təmsil etdikləri rayonların problemlərini gündəmə gətiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня