Ağcabədidə
5000
il yaşı olan kurqan dağıdılıb. SİA-nın
xəbərinə görə, rayonunun Hindarx kəndi ərazisində
yerləşən kurqan yerli sakinlər tərəfindən tamamilə məhv edilib. Tunc dövrünə aid olan bu abidələrin hər
birinin beş min il yaşı var. Arxeoloji tədqiqatlar aparmaq
üçün Ağcabədiyə gələn AMEA-nın Qarabağ ekspediyasının əməkdaşları ərazidə
gördüklərindən dəhşətə gəliblər. Rayonunun Hindarx kəndi ərazisində yaşı 5000
ilə yaxın olan kurqan tipli tarixi abidə dağıdılıb.
Ərazidə yaşayan yerli sakinlər torpaq daşımaq məqsədilə ekskavatorla qazıntı işləri aparılan zaman kurqanda olan qəbirlər, qədim məişət əşyaları və digər qiymətli tarixi vəsaitlər sıradan çıxıb. Tunc dövrünə aid edilən bu kurqanın demək olar ki, üçdə bir hissəsi qazılıb. Ağcabədi və Ağdam rayonları ərazisində 90-dan çox maddi-mədəniyyət abidəsi qeydiyyata alındığını bildirən arxeoloqlar onların əksəriyyətinə biganə münasibətdən gileylənirlər. Mütəxəssislərin fikrincə, belə davranılmaqda davam edildiyi halda, bu abidələr tam sıradan çıxacaq. Arxeloq yaranmış vəziyyətlə bağlı ölkənin müvafiq qurumlarına təcili məlumat veriləcəyini bildirib.
Qeyd edək ki , bütün Qafqaz regionunda bu cür və ümumiyyətlə Qarabağ kurqanları kimi tarixi abidə yoxdur.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB